COP29 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi böyük tarixi hadisədir. Bu, eyni zamanda, Azərbaycanın dünyada yüksək nüfuzunun göstəricisidir.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.
Onun sözlərinə görə, bu, eyni zamanda, Azərbaycanın beynəlxalq tədbirləri keçirməkdə böyük təcrübəsinin olduğunu nümayiş etdirir.
“Mən Azərbaycana COP29-u yüksək səviyyədə və uğurla keçirməsini arzu edirəm. Bakıda olarkən müxtəlif məkanlarda bu böyük tədbirə hazırlıq işlərinin necə getdiyini gördüm. Ona görə də, əminəm ki, bu konfrans ən yüksək səviyyədə keçiriləcək və tarixə həkk olunacaq”, - deyən Ş.Papuaşvili bu işdə Azərbaycana uğurlar arzulayıb.
- Fransa çətin qələbə ilə 1/4 finalda - Yenilənib
- Mbappe ilə Kasares arasında gərginlik - Video
- Diqqət: Daşınmaz əmlak bahalaşır...
- Səbinə Salmanovaya ağır itki
- Mərakeş darmadağınla 1/4 finala çıxdı - Yenilənib
- Arzum ilk dəfə danışdı: Hələ də şokdayam...
- Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
- Övladları ilə birgə batan polis şəhid övladı imiş - Foto