Nizami küçəsində yolu bağlayıb taksi sürücüsünü döyən 77 AA 019 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi və avtomobili idarəetmə hüququ olan şəxsin kimliyi bəlli olub.
BUTA.TV Ajans.az-a istinadla xəbər verir ki, avtomobili idarəetmə hüququ olan Abşeron sakini 1991-ci il təvəllüdlü Namiq Fərhad oğlu Mütəllimov Mastel Holding MMC nin sex rəisi vəzifəsində çalışır.
77 AA 019 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi isə SSMOVİE MMC-dir
Qeyd edək ki, SSMOVİE MMC-yə ötən il gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib edilib.
Bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddiası ilə irəli sürülüb.
Taksi sürücüsünü kimin döydüyü barədə hələlik dəqiq açıqlama yoxdur.
- Putin azərbaycanlı polkovniklə salamlaşdı - Video
- Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
- Tarix necə dəyişdi? – 9 Mayla bağlı maraqlı sənəd - Foto
- "Xocalı" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı oldu
- Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan
- Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video
- Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur
- İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi