Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Vüqar Kazımov çıxışına əlavə edərək bildirib ki, dəymiş ziyanla bağlı yeni ödəmə ediblər:
"Üzərindən həbs götürülmüş əmlak satılıb və 698 min manat pul əldə olunub. Həmin məbləğ dövlətə dəymiş ziyanın ödənilməsi üçün dövlət büdcəsinə köçürülüb".
Məhkəmə Rəşad Məlikzadəyə çıxış üçün son söz verib. Lakin o, səhhəti ilə bağlı çıxışa hazır olmadığını bildirib.
Elçin Quliyev müdafiə naziri təyin olunacaq? - DİQQƏTÇƏKƏN RUSİYA DETALI
Növbəti proses noyabrın 25-də keçiriləcək.
Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb və barəsində Bakı Hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə "N" saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib.
İş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb
- Qusarda qadın kirayə yaşadığı evdə dəm qazından boğuldu
- Sabah hava necə olacaq?
- 66 yaşında yüksək vəzifəyə təyin olundu - Foto
- Naxçıvanda bir ailənin 6 üzvü qazdan zəhərləndi: ölən var
- Məleykə Abbaszadə hansı məşhurun gəlini olub?
- Daha bir maye qazdoldurma məntəqəsi bağlandı - Video
- İlhamiyyə Rza televiziya karyerasını bitirdi
- Yol polisindən sürücülərə müraciət