Bakı şəhəri, metronun "Xalqlar Dostluğu" stansiyası, Bəhruz Nuriyev küçəsi, 23 ünvanında yerləşən binanın sakinləri "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətindən (ASC) şikayətçidirlər.
Sakinlər bildiriblər ki, binada yerləşən 24 mənzilin sahiblərinin borcu olduğu üçün sözügedən ünvanda yaşayan digərləri də istiliklə təmin edilməyəcəklər. Sakinlər borc məlumatlarının qurum tərəfindən binanın qarşısına asılmasını da doğru hesab etməyiblər.
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Elvin Basqallı borcu olan şəxslərin fərdi qaydada mənzillərində istilik təminatının dayandırılmasının mümkün olmadığını bildirib.
"Bir çox binaların önündə elanlar vurulub, mənzil sahiblərinə xəbərdarlıq edilib ki, borclar ödənilsin. Borclar ödənilməlidir ki, keyfiyyətli istiliklə davamlı təminat həyata keçirilsin. Qeyd edək ki, əgər binanın əksər sakinləri xəbərdarlıqlara əhəmiyyət verməyib uzun müddət ödənişdən yayınırlarsa, belə olan halda müəyyən müddətdən sonra binanın istilik sisteminin işi dayandırılır. Fərdi qaydada mənzillərin istilik təminatının dayandırılması mümkün olmadığına görə ümumi binanın istilik sistemi borclar ödənilənə qədər işləmir".
Gənc deputatların “ŞƏKİL HƏVƏSİ” - Parlamentə “fotostudiya” kimi baxan millət vəkillərinin əsl vəzifəsi nədir?
E.Basqallı vətəndaşların borc məlumatlarının paylaşılması məsələsinə də aydınlıq gətirib:
"Borc məlumatlarının paylaşılmasında məqsəd ondan ibarətdir ki, həmin binanın sakinləri bilməlidirlər ki, niyə onlar istilik ala bilməyəcəklər. Sakinlər borclarını ödəməlidirlər ki, binadakı digər sakinlərin də istiliklə təminatında problem yaşanmasın".
- Azərbaycan Ordusu üçün 197 minlik bayraq sifariş edildi
- Çinlə imzalanmış sənədlərin detalları açıqlandı
- Əfv komissiyasının iclası: Müraciətlərin sayı 700-ü keçdi
- Prezidentin Çinə səfəri buna təkan verəcək - Deputat
- Pezeşkian: Azərbaycan və İran bir bədənin hissələridir
- Zirəddindən qorxunc proqnoz: İstanbulu qırmızı görürəm...
- Pezeşkian Bakıya bu tarixdə gəlir – Təsdiqləndi
- Papanın tabutu Azərbaycan xalçası üzərindədir - Foto