Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın satışına başlayır.
BUTA.TV xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Məlumata görə, “Sürətli Keçid Kartı”nı Sumqayıt 2, Quba və Bakı şəhərlərindəki 2,5,6 və 7 saylı "ASAN xidmət" mərkəzlərindən, həmçinin Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrində yerləşən satış məntəqəsindən, eyni zamanda Xudat-Qusar (ödənişli yolun sonuncu məntəqəsi) keçid ödəmə məntəqəsindən əldə etmək mümkündür.
“Sürətli Keçid Kartı”nı əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
“Sürətli Keçid Kartı” içərisində xüsusi çip yerləşdirilmiş kiçik bir kartdır. Ödənişli yoldan istifadə zamanı, ödəmə keçid məntəqələrində quraşdırılmış xüsusi qurğular bu çipdəki məlumatları avtomatik olaraq oxuyur.
Kartları düzgün istifadə etmək üçün avtomobilin ön alın şüşəsinə kartı qoruyucu lentdən ayıraraq, qeyd olunan standartlar (ön alın şüşəsinin sağ künc hissəsində) əsasında yerləşdirmək kifayətdir.
“Sürətli Keçid Kartı”nın istifadə qaydaları və əlavə məlumatlar üçün www.tollroad.az və ya www.odenisliyol.az saytına müraciət etmək olar.
Kartın balansını satış məntəqələrində və yaxud onlayn şəkildə artırmaq mümkündür. Onlayn balans artırmaq üçün www.tollroad.az və ya www.odenisliyol.az saytına daxil olmaq, "Balans artırma" bölməsinə keçid etmək, “Sürətli Keçid kartı”nın alışı zamanı sizə təqdim olunmuş qeydiyyat məlumatlarından istifadə edərək, fərdi hesaba daxil olmaq, bank kartı vasitəsilə ödəniş etmək lazımdır
Balans artırma və “Sürətli Keçid kartı”nın satış əməliyyatını yalnız nağdsız şəkildə həyata keçirmək mümkündür.
“Sürətli Keçid kartı”nın istifadəsi zamanı yaranan çətinlik və ya kart zədələndiyi halda yuxarıda qeyd olunan satış məntəqələrinə və ya aidiyyəti ofislərə yaxınlaşmaq lazımdır.
Bundan əlavə yaranmış çətinliklərlə bağlı dəstək xidməti fəaliyyət göstərir. Xidmətə www.tollroad.az, www.odenisliyol.az web saytları üzərindən müraciət edə və ya [email protected] email ünvanına elektron məktubla məlumat vermək olar. Həmçinin *1009 Qaynar xəttinə də müraciət etmək mümkündür.
1 ay ərzində Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolundan həm “Sürətli Keçid Kartı” əldə edərək, eyni zamanda keçid məntəqələrində bank kartı vasitəsi ilə (nağdsız) ödəniş edərək istifadə etmək mümkün olacaq. Qeyd olunan müddət bitdikdən sonra isə ödənişli yoldan yalnız “Sürətli Keçid Kartı”nın sahibləri istifadə edə biləcəklər.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...