BMT Baş katibi Antonio Quterreş həftəsonu Bakıya səfər edəcək.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Baş katibin sözçüsünün müavini Stefani Tremblay deyib.
O, bildirib ki, Baş katib COP29-un açılışında çıxış edəcək:
"Baş katib çərşənbə axşamı COP29-un açılış mərasimində çıxış edəcək və dünya liderlərini fosil yanacaq istehsalını və istehlakını azaltmaq üçün səyləri artırmağa, ədalətli və effektiv razılığa gəlməyə çağıracaq. O, üzv ölkələri karbon bazarını inkişaf etdirməyə və digər tədbirlərlə yanaşı, bütövlükdə iqlimin maliyyələşdirilməsində əsaslı dəyişikliyə çağıracaq. Baş katib, həmçinin üzv dövlətləri 1,5 dərəcə ilə uyğunlaşmaq üçün milli töhfələri təqdim etməyə çağıracaq".
Gənc deputatların “ŞƏKİL HƏVƏSİ” - Parlamentə “fotostudiya” kimi baxan millət vəkillərinin əsl vəzifəsi nədir?
S.Tremblay əlavə edib ki, Quterreş noyabrın 15-də G20 toplantısında iştirak etmək üçün Braziliyanın Rio-de-Janeyro şəhərinə gedəcək və COP29-un yekununda iştirak üçün yenidən Bakıya dönəcək.
- Papanın tabutu Azərbaycan xalçası üzərindədir - Foto
- Fikrətoğlu müəmması: ARKA-dan getdi, yeni vəzifəsi...
- Bakının dəvətini müzakirə edəcəyik - Andreasyan
- Prezidentin Çin səfəri: 3 mühüm məsələ... - Ekspert
- Azərbaycan Çinlə elə bir saziş imzaladı ki...
- Saziş imzalandı: Çinə nə vaxt vizasız gedə biləcəyik?
- Prezident Çində, görün, hansı mahnı ilə qarşılandı - Video
- Bu ərazilərdə söküntü olacaq - Kompensasiya şərtləri: VİDEO