Model Razi Əliyevanın həyat yoldaşı Nicat Əliyev səs-küyə səbəb olacaq açıqlamalar verib.
BUTA.TV xəbər verir ki, rejissor Nail Naiboğlunun təqdimatında "Qırmızı" layihəsinə qonaq olan Nicat Razinin hamilə qaldıqdan sonra ondan ayrılmaq istədiyini bildirib. Nicat "Adam hamiləliyin 5-ci həftəsində niyə həyat yoldaşından qaçar?" deyərək Razinin bu addımını qınayıb.
Qeyd edək ki, Razi Əliyeva bir neçə gün əvvəl hamiləlik fotosessiyası etdirərək 8 aylıq hamilə olduğunu qeyd edib.
Xatırladaq ki, Razi ötən ilin dekabrında ailə qurub. O həyat yoldaşı ilə hazırlıq vaxtı tanış olub. Model yay aylarına qədər toyu olacağını vurğulamışdı. Razi Əliyeva "Miss Azərbaycan 2017"nin qalibidir. Hazırda onun 27 yaşı var.
- Azərbaycanda bu məşhur məkana giriş pullu oldu - Video
- Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
- Komitə rəsmisindən valideynlərə müraciət: Erkən evlilik...
- "Əhmədli"də küçə satıcıları yığışdırıldı - Video
- Azərbaycanda vergi borcları 4 milyardı ötdü
- Toyu çəkən İTV əməkdaşlarına hücum edildi - Video
- Məşhur şadlıq sarayı 2,5 milyona satışa çıxarıldı - Foto
- Ravil Tağıyev vəzifəsindən azad edildi