Çinin BYD şirkəti ilə əməkdaşlıq çərçivəsində alınan elektrik mühərrikli avtobuslara sürət limiti qoyulub.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bunu bu gün jurnalistlər üçün təşkil olunan mediatur zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.
O qeyd edib ki, təhlükəsizlik məqsədilə yeni avtobuslarda maksimum sürət limiti 50 km/saat təyin olunub.
"Bu avtobuslar COP29 tədbiri çərçivəsində yalnız tədbir iştirakçılarını müəyyən olunan məntəqələrdən tədbirə və geri daşıyacaqlar. Tədbirdən sonra isə bu avtobuslar ictimai nəqliyyatda istifadə üçün müntəzəm xətlərə buraxılacaq", - deyə T.Orucov vurğulayıb.
- Fransa çətin qələbə ilə 1/4 finalda - Yenilənib
- Diqqət: Daşınmaz əmlak bahalaşır...
- Səbinə Salmanovaya ağır itki
- Mərakeş darmadağınla 1/4 finala çıxdı - Yenilənib
- Arzum ilk dəfə danışdı: Hələ də şokdayam...
- Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
- Övladları ilə birgə batan polis şəhid övladı imiş - Foto
- Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı