“Donald Tramp administrasiyasında mənə vəzifə verərsə, ölkədə federal agentliklərin sayını azaltmağa çalışacağam”.
“BUTA.TV” rbc.ru-ya istinadən xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask Taker Karlsonun onlayn şousunda danışarkən deyib. Mask bildirib ki, o, ABŞ-nin yeni seçilmiş Prezidentinə hökumətin daha səmərəli fəaliyyəti üçün kömək etmək istəyir: “Bizim nəhəng bürokratiyamız var. Amerikanı yenidən inşa etmək istəyənlərə şərait yaratmalıyıq”.
Qeyd edək ki, Mask prezident seçkiləri zamanı Trampı açıq şəkildə dəstəkləyərək sponsorluq edib və kampaniyası çərçivəsində dəfələrlə mitinqlərdə çıxış edib.

- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı