Xəzər dənizində naməlum varlıq görünüb və bu qeyri-adi hadisə geniş marağa səbəb olub.
BUTA.TV xəbər verir ki, ətrafda olan şahidlər onun nəhəng ölçüdə olduğunu və suyun səthində bir müddət üzərək yoxa çıxdığını bildiriblər.
Sosial şəbəkələrdə paylaşılan videogörüntülər izləyicilər arasında maraqla qarşılanıb, müxtəlif müzakirələrə yol açıb. Çoxları bu məxluqun balina olduğunu ehtimal ediblər.
Ətraf mühit üzrə ekspert Rövşən Abbasov Xəzər Xəbər-ə deyib ki, yayılmış görüntülərin real olduğunu demək çətindir.
O, hesab edir ki, Xəzər dənizində balina yaşaya bilməz. Ekspertin sözlərinə görə, Xəzər dənizində yalnız nərə balığı kimi nəhəng ölçülü balıqlar yaşayır: "Xəzər dənizində kifayət qədər iri balıqlar var və onların ən böyüyü ağ balıqdır".
Rövşən Abbasov onu da bildirib ki, iqlim dəyişikliyi səbəbindən dənizlərdə müəyyən dəyişikliklər olur və bəzi canlı növləri daha əvvəl görünmədikləri yerlərə gəlib çıxırlar.
- Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi
- Razi Nurullayevdən dəbdəbəli toyla bağlı yeni açıqlama: “Gözlərindən tökdünüz”
- Rza Pəhləvi Trampa çağırış etdi: İrana müdaxilə et!
- Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi
- AMEA-da yeni təyinatlar oldu
- Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar
- Nəsimi Nəbizadənin qardaşı həbs olundu
- Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma