Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə rayonun Nohurqışlaq kəndi ərazisindən keçən magistral yolda baş verib.
Belə ki, kənd ərazisində "Mersedes" və VAZ-2107 markalı avtomobillər toqquşub.
Nəticədə VAZ-ın sürücüsü, 1964-cü il təvəllüdlü Ağamalı Xanalıyev aldığı xəsarətlərdən ölüb, "Mercedes"in sürücüsü 30 yaşlı Elgün Məmmədzadə və 2 sərnişini xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Faktla bağlı araşdırma aparılır.
- Fransa çətin qələbə ilə 1/4 finalda - Yenilənib
- Diqqət: Daşınmaz əmlak bahalaşır...
- Səbinə Salmanovaya ağır itki
- Mərakeş darmadağınla 1/4 finala çıxdı - Yenilənib
- Arzum ilk dəfə danışdı: Hələ də şokdayam...
- Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
- Övladları ilə birgə batan polis şəhid övladı imiş - Foto
- Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı