Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsi səmasında meteor müşahidə olunub.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov deyib.
O bildirib ki, səmada ara-sıra sürətli hərəkət edən obyektlər görünür:
“El arasında buna ulduz axını deyirlər. Əslində, bunlar Günəş sistemindəki cisimlərdən, asteroidlərdən qopan daş, buz qəlpələrisir. Bu qəlpələr bəzən Yerin atmosferinə də sürətlə daxil olur, daha sonra yanıb kül olurlar. Bu gecə səmada müşahidə olunan meteorlar orionitlərdir. Bunlar Orion bürcünə düşdüyü üçün belə adlanır.
İlin aylarından asılı olaraq, hündür dağlıq ərazilərdən bu meteorları müşahidə etmək mümkündür. Orionitlər ən sürətli hərəkət edən meteorit hesab olunur. Onların sürəti saniyədə 66 kilometrə çatır. Onlardan bəziləri atmosferlə sürtüşmə zamanı külə çevrilsə də, Yerə çatanı da olur. Bu meteorlar yaşayış məskənlərinə düşəndə, fəsadlara səbəb ola bilər”.
- Bu yolda sürət həddi endirildi
- AzTV-nin yaranmasından 70 il ötür
- Aeroport yolunda söküntü işləri başladı
- Almaniyada azərbaycanlılara belə münasibət göstərirlər...
- İlham Əliyev yerli kanallara müsahibə verdi - VİDEO
- Timur Mehdiyevlə bağlı şok məlumat: FHN-ə yox, bu nazirliyə müavin gedəcəkdi, amma...
- Aşıq Namiq: Erməni mahnısı oxumusan, toyda bığını qırxıblar
- Elçin Quliyev müdafiə naziri təyin olunacaq? - DİQQƏTÇƏKƏN RUSİYA DETALI