Xəzər dənizi kiçilir, Qafqazda buzlaqların əriməsi, şirin suyun itirilməsi problemi mövcuddur.
BUTA.TV xəbər verir ki, bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılış mərasimində bildirib.
O qeyd edib ki, bunun üçündə milli uyğunlaşma planlarının vaxtında təqdim edilməsi vacibdir:
“Bu planlar bizim ən yaxşı təcrübələri necə paylaşacağımızı, texnologiyanın ötürülməsini və bir-birimizi necə dəstəklədiyimizi müəyyən edəcək. Biz bu planları 2025-ci ilə qədər tamamlamalı və 2030-cu ilə qədər irəliləyiş əldə etmək üçün lazımi addımları atmalıyıq. Uyğunluqdan sonra təhlükəsizliyin mühüm hissəsi maliyyə olmalı, bütün bunların əsasında şəffaflıq dayanmalıdır. İlk maliyyə şəffaflığı hesabatları kritik əhəmiyyət daşıyır və bu il təqdim edilməlidir”.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
COP29-un prezidenti qeyd edib ki, iqlim planları çərçivəsində mühüm tematik sahələrə müraciət edilməlidir:
“Bu planlar yaş və gender məsələlərinə həssas olmalıdır. Biz ən son elmi məlumatlara və təhlükəsizlikdən tutmuş gələcək nəsillər qarşısındakı digər öhdəliklərə nəzər salsaq, görərik ki, COP29 Paris Sazişi üçün əsl dönüş nöqtəsidir. İndi qarşımıza qoyduğumuz məqsədlərə çatmağa hazır olub-olmadığımızı göstərməliyik”.
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...
- Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou