İran beynəlxalq ictimaiyyəti iqlim maliyyələşməsinə ədalətli və ayrı-seçkilikdən azad çıxışı təmin etməyə çağırır.
BUTA.TV xəbər verir ki, bunu İran İslam Respublikasının vitse-prezidenti Şina Ənsari Bakıda COP29 Liderlər Sammitində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, İran iqlim dəyişikliyi probleminin həlli üçün çoxsaylı tədbirlər görür, o cümlədən iqlim dəyişikliyinin idarə edilməsi üzrə ümumi strategiyanın hazırlanması da daxil olmaqla bir sıra təşəbbüslər həyata keçirir.
"Bundan başqa, bu sahədə milli fəaliyyət planı hazırlanıb, elektrik stansiyalarının digər yanacaq mənbələrinə keçirilməsi, neft-qaz sektorunda emissiyaların azaldılması, günəş və külək enerjisi kimi bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi ilə bağlı layihələr həyata keçirilir", - vitse-prezident qeyd edib.
Siyasətçi vurğulayıb ki, Tehran iqlim maliyyələşməsinə ədalətli və ayrı-seçkilikdən azad çıxışın tərəfdarıdır və beynəlxalq ictimaiyyəti bu istiqamətdə səy göstərməyə çağırıb.
"Unutmayaq ki, hazırda dünyada hökm sürən iqlim vəziyyəti bir neçə inkişaf etmiş dövlətin həyata keçirdiyi sənaye siyasətinin nəticəsidir. İnkişaf etməkdə olan ölkələr başqalarının etdiklərinə görə inkişaf hüququndan məhrum olmamalıdır. Biz ikili standartları görməməzlikdən gələ bilmərik. Bütün dövlətlər ümumi məqsədlərimizə nail olmaq üçün birləşməlidir", - o bildirib.
- Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya...
- F-16-ların göyərtəsindən Bakı belə görünür - Video
- Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...
- Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov
- Prezidentdən hərbi paradla bağlı paylaşım - Video
- Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur
- Azərbaycanda Dövlət Bayrağı Günüdür
- İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov