Yunanıstan Trans-Adriatik Boru Qaz Kəmərinin (TAP) genişləndirilməsini dəstəkləməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Bakıda keçirilən COP29-da Yunanıstan pavilyonunun rəsmi açılış mərasimində bildirib.
"Mən, 2019-cu ildə Baş nazir vəzifəsinə təyin olunanda, regional enerji təhlükəsizliyinin təmin edilməsi üçün strateji öhdəlik götürdüm. 2020-ci ilin sonunda Azərbaycandan Yunanıstana, İtaliyaya, Bolqarıstana və Cənub-Şərqi Avropaya qaz nəqli həyata keçirən TAP-ı açdıq", - Baş nazir bildirib.
Onun sözlərinə görə, Yunanıstan lazım gələrsə, TAP-ın genişləndirilməsini dəstəkləməyə hazırdır:
"Biz, həmçinin gələcəyə baxırıq, bilirik ki, bugünkü qaz infrastrukturu gələcəkdə müəyyən bir mərhələdə hidrogen infrastrukturuna çevrilə bilər. Belə bir keçid üçün təməl qoymalıyıq. Amma düşünürəm ki, yadda saxlamalı və diqqət yetirməli olduğumuz Şaquli Qaz Dəhlizinin başqa bir aspekti də var. Mən elektrik enerjisini nəzərdə tuturam".
- Suriyada yeni hakimiyyətin qurulmasından sonra... - Prezident
- Moskva Bakıya qarşı “ağır artilleriyanı” işə saldı
- Yaxın zamanlarda Azərbaycan qazı... - Şara
- Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...
- "Sputnik Azərbaycan" FTX-nin filialıdır - Mətbuat Şurası
- Aparıcının efir libası sosial medianı silkələdi - VİDEO
- Türkiyənin Azərbaycanda hərbi bazasına ehtiyac yoxdur
- Bu, sanki Allaha rüşvət verməkdir - Elşad Miri