BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (IMF) Sərəncamçı direktoru Kristalina Georgiyeva paytaxt gəzintisindən təəssüratlarını bölüşüb.
BUTA.TV xəbər verir ki, o, sosial şəbəkədəki paylaşımında şəhərin heyrətləndirici memarlığını və mədəni zənginliyini qeyd edərək səmimi qonaqpərvərliyə və məhsuldar görüşlərə görə təşəkkürünü bildirib.
“COP29 çərçivəsində Bakının canlı mənzərələri və səslərindən zövq almaq üçün vaxt ayırdım. Möhtəşəm memarlıqdan zəngin mədəniyyətə qədər, bu füsunkar şəhər, həqiqətən də, hissləri ovsunlayır. Səfərim zamanı göstərilən səmimi qonaqpərvərliyə və ilhamlandırıcı ünsiyyətə görə minnətdaram!”, – o yazıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Beynəlxalq Valyuta Fondunun (BVF) Sərəncamçı direktoru Kristalina Georgiyeva ilə görüşmüşdü.
- Fransa çətin qələbə ilə 1/4 finalda - Yenilənib
- Diqqət: Daşınmaz əmlak bahalaşır...
- Səbinə Salmanovaya ağır itki
- Mərakeş darmadağınla 1/4 finala çıxdı - Yenilənib
- Arzum ilk dəfə danışdı: Hələ də şokdayam...
- Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
- Övladları ilə birgə batan polis şəhid övladı imiş - Foto
- Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı