Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri ABŞ-ın ermənipərəst konqresmeni Frank Palloneyə qarşı etiraz aksiyası keçirirlər.
BUTA.TV xəbər verir ki, aksiya iştirakçıları azərbaycanlıları təhqir etmiş konqresmen Frank Pallonenin xalqdan üzr istəməsini, dünənki dinc aksiya zamanı zorakılığa yol vermiş mühafizəçiləri ilə birlikdə cinayət məsuliyyətinə cəlb olunmasını və Azərbaycana qarşı böhtan kampaniyalarına görə cavab verməsini tələb edirlər.
Xatırladaq ki, dünən bir qrup vətəndaş cəmiyyəti təmsilçisi Frank Pallonenin qaldığı otelin qarşısında dinc etiraz aksiyası keçirərək Azərbaycan xalqından üzr istəməsini və ölkəni tərk etməsini tələb etmiş, onun müharibə cinayətkarlarına himayəçilik edən şəxs olduğunu, belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsinin COP tarixinə utancverici hadisə kimi düşəcəyini bildirmişdilər. Hadisə zamanı aksiya iştirakçıları Frank Pallonenin mühafizəçiləri tərəfindən hücuma məruz qalıb, müxtəlif bədən xəsarətləri alıblar.
- 75% vergi güzəşti kimlərə və necə tətbiq ediləcək? - Millət vəkili
- Uraloğludan Zəngəzur açıqlaması: Bakı qərar verəcək!
- Azərbaycan bu dəhlizlə bağlı mühüm işlər görür - Uraloğlu
- İldə 46 milyon ayrılır, amma zərər əmələ gəlir - Nazir
- Başçı oğlu yarım milyonluq maşınına yeni nömrə aldı - FOTO
- Nazirdən polislərə müjdə: Maaşları artırılacaq
- Azərbaycan-Türkiyə münasibətlərində nə baş verir?
- Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır