Ermənistan Baş naziri Nikol Paşinyan bütün günü İcevanda olub, oradan şəkillər və videolar yerləşdirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” nəşri ötən gün Ermənistanın bir neçə yüksək vəzifəli məmurunun istefaya getməsi ilə bağlı xəbərlər haqda qeyd edib.
Nəşrin iddiasına görə, Paşinyan bütün “qurbanlarına” SMS göndərib:
“SMS aşağıdakı məzmunda olub: işinizə görə təşəkkür edirəm, ərizə yazın - işdən azad olun. Həmin SMS-dən sonra hamı işə getmək üçün sübhün açılmasını belə gözləmədən ərizələr yazıb”.
Qeyd edək ki, Ermənistanın infrastruktur naziri Qmel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan, daxili işlər naziri Vahe Kazaryan və İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyanın istefa ərizəsi yazdığı bildirilir.
- Fransa çətin qələbə ilə 1/4 finalda - Yenilənib
- Diqqət: Daşınmaz əmlak bahalaşır...
- Səbinə Salmanovaya ağır itki
- Mərakeş darmadağınla 1/4 finala çıxdı - Yenilənib
- Arzum ilk dəfə danışdı: Hələ də şokdayam...
- Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
- Övladları ilə birgə batan polis şəhid övladı imiş - Foto
- Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı