Ermənistan 78 ədəd ATAGS yedəkli artilleriya sisteminin alınması ilə bağlı danışıqlar aparır.
BUTA.TV xəbər verir ki, bu barədə “Indian Defense Research Wing” (IDRW) məlumat yayıb.
“Bu, əvvəllər Ermənistana təhvil verilmiş, ölkənin müxtəlif landşaftlarında müstəsna imkanlar nümayiş etdirən ATAGS-in uğurlu fəaliyyətinin nəticəsidir. Altı haubitsadan ibarət ilk partiya Ermənistanda həm yüksək dağlıq ərazilərdə, həm də düzənliklərdə geniş sınaqdan keçirilib.
Sınaqlar uzun məsafələrdə dəqiqliyi və yüksək etibarlılığı təsdiqləyib, bu da Ermənistan hakimiyyətini daha geniş miqyasda satın almağı düşünməyə vadar edib.
Ermənistan Müdafiə Nazirliyi ATAGS-ın növbəti partiyasını təkmilləşdirmək üçün hərbçilərin istəklərini ifadə edib. Artıq silahın işini asanlaşdıran erməni dilində interfeys də var.
Ermənistan ordusunun artilleriya sistemini onun xüsusi tələblərinə uyğunlaşdırmaq üçün kiçik təkmilləşdirmələr təklif edəcəyi gözlənilir.
Əlavə 78 ATAGS bölməsi üçün perspektiv saziş Ermənistan və Hindistan arasında artan müdafiə əməkdaşlığında daha bir mərhələni qeyd edir”, - deyə bildirilib.
Qeyd edək ki, son illər Ermənistan Hindistanın silahlarının əsas alıcısına çevrilib.
- Pezeşkian şayiələrə son qoydu: Mən fəxr edirəm ki, türkəm!
- Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb
- Quru sərhədlərin açılması barədə vacib açıqlama
- Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol
- Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan
- Trampın Almaniya ilə Ermənistanı səhv salması...
- Qarabağla bağlı təxribatçı düzəliş qəbul olundu - Foto
- İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək