Yeni kollektiv kəmiyyət hədəfi üzrə danışıqlar davam etdirilməlidir.
BUTA.TV APA-ya istinadənxəbər verir ki, bunu bu gün COP29 çərçivəsində Bakıda keçirilən mətbuat konfransında Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok bildirib.
O deyib ki, İtki və Zərərlərə Cavab Verən Fondun maliyyə təminatı üzrə məsuliyyətlərini başa düşür və qəbul edirlər:
“Lakin digər ölkələr də bu məsuliyyəti bölüşməlidir. Bunun üçün isə onlar qlobal səviyyədə qəbul olunan mitiqasiya tədbirlərinin tərkib hissəsi olmalıdır. Burada digər ölkələrlə bərabər Çin də mühüm rol oynamalı və aktiv iştirak etməlidir. İqlim maliyyəsi üzrə aparılan danışıqların təfərrüatları barədə heç nə deyə bilməyəcəm. Böyük sözlər vermək istəmirəm. Bu pulu kim ödəməyə gəlincə, burada fikirlər müxtəlifdir. Bəzi ölkələr niyə maliyyələşmənin öz üzərinə düşən hissəsini təmin etmək istəmir? Hazırda həm Avropa Birliyi ilə Çin, həm də digər ölkələr arasında intensiv danışıqlar aparılır. Yekun razılaşmanın əldə edilməsinə bir neçə saat, hətta çox az bir zaman qalıb. Ona görə də tərəflər həm bu istiqamətdə səyləri, həm də danışıqları intensivləşdirməlidir".
- Bayramovdan qəzaya düşən AZAL təyyarəsi ilə bağlı açıqlama
- Bayramovdan sülh açıqlaması: Bakının gözləntiləri var
- Ordumuz atəşə tutuldu
- Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu
- İlham Əliyev Kəngərlidə sakinlərlə görüşdü
- Erməni əsgər postda Azərbaycan əsgərinə qarşı… - Video
- Heydər Əliyev Kozlariçə dedi ki, Vaşinqtona çatdır…
- Mehriban Əliyeva Daşaltıdan bu fotonu paylaşdı