COP29-dan əvvəl Ermənistanın gözləntisi o idi ki, beynəlxalq oyunçuların fəal təzyiqi altında Azərbaycan konstruktiv kursa qayıdacaq və minimum itkilərlə ümumi yanaşmalarda qarşılıqlı anlaşmanı təmin etmək mümkün olacaq.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın “Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan deyib.
Amma Abramyam etiraf edib ki, Ermənistan nəinki heç nə qazanmadı, əksinə, Azərbaycan beynəlxalq auditoriyadan istifadə edərək Ermənistana qarşı təbliğatı daha da gücləndirdi:
“Bu konfransdan təkcə Azərbaycanın imic problemlərini həll etmək üçün deyil, həm də bütövlükdə Azərbaycanın mövqeyini gücləndirmək üçün istifadə olundu”.
Erməni deputat hətta ABŞ Prezidenti Co Baydenin də COP29-u təşkil etdiyinə görə Azərbaycana təşəkkür etdiyini xatırladıb.
- Diqqət: Daşınmaz əmlak bahalaşır...
- Səbinə Salmanovaya ağır itki
- Mərakeş darmadağınla 1/4 finala çıxdı - Yenilənib
- Arzum ilk dəfə danışdı: Hələ də şokdayam...
- Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
- Övladları ilə birgə batan polis şəhid övladı imiş - Foto
- Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı
- Ağdamda faciəvi şəkildə həlak olan ailənin - Fotosu