26-27 noyabr tarixlərində Portuqaliyanın Kaşkai şəhərində BMT Sivilizasiyalar Alyansının (UNAOC) "Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda X Qlobal Forumu keçiriləcək.
BUTA.TV xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quttereşin də iştirak edəcəyi forum Sivilizasiyalar Alyansının yaranmasının 20 illiyinə həsr olunub.
Bu məqsədlə mədəniyyət naziri Adil Kərimli Portuqaliyaya səfər edib. Səfər BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə gerçəkləşir.
Qeyd edək ki, Türkiyə və İspaniya tərəfindən irəli sürülən “Mədəniyyətlər İttifaqı” təşəbbüsü əsasında 2005-ci ildə yaradılan BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan da daxil olmaqla 100-dən çox ölkəni ətrafında birləşdirir.
- Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT
- Ölkədə dörd günlük tətil başladı
- Mehriban Əliyevadan Zəfər Günü paylaşımı
- Azərbaycanda Zəfər Günü qeyd olunur
- Putin zəng edən zaman Lavrov otaqdan çıxdı və... - Nazir
- Zəfər Günü parad saat neçədə başlayacaq?
- Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu
- Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı