Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat orqanları rəhbərlərinin kəşfiyyat fəaliyyətinə dair müşavirəsinin açılış mərasimi baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə TASS Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosuna istinadən məlumat yayıb.
Vurğulanıb ki, müşavirədə birgə fəaliyyətin nəticələri nəzərdən keçiriləcək, MDB ölkələrinin xüsusi xidmət orqanlarının yaxın perspektivdə qarşılıqlı əməkdaşlıq üzrə vəzifə və prioritetləri müzakirə ediləcək.
Müşavirədə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətlərinin iştirakı planlaşdırılır.
- Diqqət: Daşınmaz əmlak bahalaşır...
- Səbinə Salmanovaya ağır itki
- Mərakeş darmadağınla 1/4 finala çıxdı - Yenilənib
- Arzum ilk dəfə danışdı: Hələ də şokdayam...
- Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
- Övladları ilə birgə batan polis şəhid övladı imiş - Foto
- Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı
- Ağdamda faciəvi şəkildə həlak olan ailənin - Fotosu