Rəsmi tədbirlərdə himnimiz səslənəndə çox diqqətlə dinləyirəm, lakin uzun müddətdir bu məsələdə çox ciddi problemlərin olduğunu görürəm.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Baş nazir himnin hər tədbirdə fərqli temp və sürətdə səsləndirildiyini bildirib:
“Son zamanlarda rəsmi tədbirlərdə himnimizin canlı ifa edilməsi və müəyyən olunmuş standartda səsləndirilməsi üçün tapşırıq vermişəm. Hər yerdə fərqli şəkildə səsləndirilir. Tədbirlərdə basdırma və sucuq himndən daha çox diqqət çəkir”.
İclasda parlamentin spikeri Alen Simonyan, həmçinin deputatlar Sisak Qabrielyan və Taquhi Qazaryan himndə bəzi detalların dəyişdirilməsini təklif ediblər. Himinin yeni rəsmi versiyasının müəyyənləşdirilməsi təklifi hökumət üzvləri tərəfindən dəstəklənib.
Məlumata görə, himn aşağıdakı sözlərlə yekunlaşacaq:
“Üç rənglə bax ona,
Bir hədiyyə nişanəsi,
Düşməni məğlub etsin,
Ermənistanı fəth etsin”.
Himn hökumətin rəsmi internet saytında və digər rəsmi platformalarda yerləşdiriləcək.
- Mərakeş darmadağınla 1/4 finala çıxdı - Yenilənib
- Arzum ilk dəfə danışdı: Hələ də şokdayam...
- Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
- Övladları ilə birgə batan polis şəhid övladı imiş - Foto
- Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı
- Ağdamda faciəvi şəkildə həlak olan ailənin - Fotosu
- Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanıldı
- Ümumrespublika birinciliyinə yekun vuruldu - Video