Hər bir ölkənin təhlükəsizlik sahəsində nə edəcəyini özü seçmək hüququ var.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanda keçirilən sammitində iştirak etməməsinə münasibət bildirərkən deyib.
Rusiya Prezidenti qeyd edib ki, Ermənistan təşkilatdan çıxdığını elan etməyib.
Putin əlavə edib ki, İrəvanın KTMT-də tamhüquqlu işə qayıtması ehtimalı qalır və Ermənistan təşkilatın sammitinin bütün sənədlərini dəstəkləyir.
Rusiya lideri hesab edir ki, Ermənistanın KTMT-yə hazırkı münasibətini daxili siyasi problemlər və Qarabağ mövzusu diktə edir.
Rusiya prezidenti vurğulayıb ki, KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi, çünki bu halda Ermənistana qarşı heç bir xarici təcavüz olmamışdı.
- Prezident ona da Milli Qəhrəman adı verdi
- İlham Əliyev ona admiral rütbəsi verdi
- İlham Əliyevdən bu hərbçilərlə bağlı sərəncam
- Bu polkovniklərə "general-mayor" rütbəsi verildi
- İlham Əliyev onlara "general-leytenant" rütbəsi verdi
- Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
- İlham Əliyev sərəncam imzaladı
- Suriyanın Azərbaycanda səfirlik açması... – XİN rəsmisi