Türkiyə Azərbaycanla birlikdə güclü addımlar atacağına inanır.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin ekologiya, şəhər və iqlim naziri Murad Kurum Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda keçirilmiş COP16 çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşündə deyib.
O, keçən ay uğurlu ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edib: “COP16 və COP29-da qəbul olunmuş qərarların tətbiqi istiqamətində birgə çalışaraq yaxşı gələcək üçün güclü addımlar atacağımıza inanıram”.
Xatırladaq ki, daha əvvəl Səudiyyənin paytaxtında BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyasının (COP16) işə başladığı bildirilmişdi.
- Türk dövlətlərinin sığortaçıları birgə sənəd imzaladı
- Türkiyənin bu şəhəri Bakı ilə qardaşlaşır
- Rusiya S-400-ləri Türkiyədən geri alır?
- Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək
- Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi?
- Səfirimizin katibəsindən qeyri-qanuni uşağı var? - Foto
- Kelloq Umerovla görüşdü
- ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi