Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətin Qarabağla bağlı ona ünvanladığı ittihamlara yenidən cavab verib.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, Paşinyan “Dağlıq Qarabağ respublikası” adlı “dövlətin” olmadığını bir daha təkrarlayıb.
Qeyd edib ki, Qarabağın “müstəqil dövlət” olduğunu desələr də, heç bir ölkə tanımayıb:
“Bizə dost və dost olmayan ölkələr də bu haqda danışırlar, lakin heç biri tanımayıb. Üstəlik, satqınlıqda ittiham edirlər. Mən deputat olanda dedim ki, Qarabağ müstəqil dövlət deyil, Qarabağ Azərbaycandır. Dedilər xeyr, Qarabağ Azərbaycan deyil. Dedim ki, Qarabağ Ermənistandır, dedilər xeyr, Ermənistan da deyil. Yaxşı, Qarabağ Azərbaycan deyil, Ermənistan deyil, müstəqil deyil, bəs onda nədir? Hər kəs 9 ay hamilə qala bilər, amma 9 aydan sonra nəsə baş verməlidir: ya uşaq doğulmalıdır, ya da doğulmasa, daşıyıcının ölümünə səbəb olacaq, yaxud qeysəriyyə ilə doğulacaq. Yəni nəsə olmalıdır. Hamiləliyi daha 9 ay uzatmaq absurd yanaşmadır”.
Paşinyan son 4 ildə hər gün özünə bir sual verdiyini və bir cavab tapdığını deyib.
“Əgər biz Qarabağ məsələsini daha 9 ay uzatmaq məntiqi ilə hərəkət etsəydik, yanlış olardı. Mən bizim siyasətimizin doğru, yaxud yanlış olduğunu demirəm. Onu deyirəm ki, yeganə variant bu idi və bu, bizə dövlətimizi qorumaq şansı verir”, - o deyib.
- Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın