Qərbi azərbaycanlıların tələbləri torpaq yox, insan haqları məsələsidir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, sabiq xarici işlər naziri, deputat Mövlud Çavuşoğlu Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçüm ədalətin təşviqi" mövzusuna həsr olunmuş II beynəlxalq konfransda deyib.
O, Qərbi Azərbaycan İcmasının fəaliyyətini çox yaxından izlədiyini söyləyib:
“İcmanın fəaliyyəti beynəlxalq hüquqa tam uyğundur. Bu, torpaq deyil, insan haqları məsələsidir. Ermənistanın ərazi bütövlüyünə tam hörmətlə yanaşılsa da, rəsmi İrəvan səmimi müraciətlərə hələ də cavab vermir. Ermənistanın Qarabağı işğal etməsi böyük ağrılara səbəb olub. Bir milyondan çox azərbaycanlı yurd-yuvalarından edilib, onların doğma torpaqlarına qayıtması təmin olunmalıdır”.
M.Çavuşoğlu bildirib ki, Ermənistanın UNESKO-nun missiyasına icazə verməməsi təəssüf doğurur:
“Biz həmişə ədalətin qalib gələcəyinə inandıq, nəticədə Azərbaycan suverenliyini tam təmin etdi. Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdə ciddi təmizləmə işləri və bərpa-quruculuq fəaliyyətləri həyata keçirilir”.
- Mərakeş darmadağınla 1/4 finala çıxdı - Yenilənib
- Arzum ilk dəfə danışdı: Hələ də şokdayam...
- Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
- Övladları ilə birgə batan polis şəhid övladı imiş - Foto
- Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı
- Ağdamda faciəvi şəkildə həlak olan ailənin - Fotosu
- Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanıldı
- Ümumrespublika birinciliyinə yekun vuruldu - Video