Ermənistanın müxalif deputatları Azərbaycan və Ermənistan sülh müqaviləsinin bəzi detalları ilə tanış olub.
BUTA.TV xəbər verir ki, bunu “Ermənistan” fraksiyasından olan deputat Anna Qriqoryan deyib.
Onun sözlərinə görə, 2023-cü ilin dekabrında erməni deputatlar müqavilə layihəsi ilə tanış olmaq üçün Xarici İşlər Nazirliyinə müraciət ediblər.
Qriqoryan bu gün keçirilən brifinqdə qeyd edib ki, keçən ilin sülh sazişi variantında ermənilərin Qarabağa qaytarılması ilə bağlı bir bənd var idi. Lakin bu məsələ gündəmdən çıxarılıb.
Qriqoryan bildirib ki, keçən ilin müqavilə mətni variantında azərbaycanlıların Ermənistana qaytarılması ilə bağlı məsələ formulə edilməmişdi:
“Lakin nəzərə almaq lazımdır ki, bu müddət ərzində müqavilə layihəsi dəfələrlə redaktə edilib və dəyişdirilib. Bunun bariz nümunəsi keçən ilin variantında olan kommunikasiyaların açılması məsələsidir. Bu məsələ sonradan müqavilədən çıxarılıb və əlavə müzakirəyə saxlanılıb”.
Deputatın fikrincə, eyni uğurla müqaviləyə azərbaycanlıların Ermənistana qaytarılması məsələsi də əlavə edilə bilər.
- Mərakeş darmadağınla 1/4 finala çıxdı - Yenilənib
- Arzum ilk dəfə danışdı: Hələ də şokdayam...
- Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
- Övladları ilə birgə batan polis şəhid övladı imiş - Foto
- Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı
- Ağdamda faciəvi şəkildə həlak olan ailənin - Fotosu
- Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanıldı
- Ümumrespublika birinciliyinə yekun vuruldu - Video