Zəngəzurla bağlı bu tip bəyanatları adətən Baş nazir Nikol Paşinyan və hökumətə qarşı müxalif mövqedə olan erməni politoloqlar səsləndirir.
Bu sözləri BUTA.TV-a politoloq Elxan Şahinoğlu erməni siyasi ekspertlərin Türkiyənin Suriyada güclənməsindən sonra Azərbaycanın Zəngəzura hücum edəcəyi haqda bir-birinin ardınca, dayanmadan açıqlamalar verməsinin səbəbləri haqda danışarkən deyib.
Ekspert bildirib ki, Bəşər Əsəd hakimiyyəti ilə sıx əlaqədə olan Ermənistan faktiki olaraq Əsəd rejimi ilə birgə uduzanlar cərgəsindədir:
“Bu isə daxili siyasətdə istifadə edilir və erməni ekspertlər bu uğursuzluğu Azərbaycanın hücum edəcəyi panikası ilə şişirtməklə hakimiyyətə qarşı mübarizə aparırlar. Halbuki Azərbaycan ərazi bütövlüyünü, suverenliyini təmin edib və hər hansı savaşa hazırlaşmır, baxmayaraq ki, Zəngəzur qədim Azərbaycan torpağıdır. Əlbəttə, bizim istəyimiz azərbaycanlıların qovulduqları dədə-baba torpaqlarına qayıdışının təmin edilməsidir. Amma erməni müxalifəti və onlara bağlı olan jurnalistlər, ekspertlər bunu belə qələmə vermək istəyirlər ki, guya Azərbaycan hücuma hazırlaşır, sərhəddə qoşun birlikləri yığır, Paşinyan isə heç bir tədbir görmür, əksinə, güzəştlərə gedir. Bu, əlbəttə, reallığı əks etirmir. Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa çalışır, amma şərtimiz var ki, Konstusiya dəyişsin, Azərbaycana ərazi iddiası ehtiva edən bənd oradan çıxarılsın.
Zəngəzur dəhlizinin açılması da marağımızdadır. Amma burada söhbət güc tətbiqindən getmir. Əksinə, deyirik ki, İrəvan qərar versin və dəhlizin Ermənistan hissəsinin tikintisinə başlasın. Çünki bu layihə ümumi regionun, o cümlədən Ermənistanın da iqtisadi maraqlarına uyğundur”.
- Astanada Szinpinlə bunu bəyan etdik - İlham Əliyev
- Tərəfdaş ölkə səfirinin sərhədimizə gəlib, bu cür bəyanat verməsi…
- Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
- Buna görə Çinlə əməkdaşlığı genişləndiririk - Əliyev
- Rəşad Dağlının ad günü kadrları aranı qatdı - Video
- Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adını açıqladı
- Çin Azərbaycanın 4-cü ən böyük tərəfdaşıdır - Prezident
- Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev