Hazırda fraqmental dünyaya keçid baş verir, yəni qlobal dünyadan regional ölkələrin birliklərinə keçid müşahidə edilir. Bu mənada D-8-in güclənməsi üçün kifayət qədər şans var.
Bu sözləri BUTA.TV-a ReAL-ın sədri, iqtisadçı Natiq Cəfərli Azərbaycanın D-8-ə üzv olmasının ölkə iqtisadiyyatı üçün yaradacağı imkanlar haqqında danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın bu təşkilata üzv olması istər nüfuz, istərsə də iqtisadi baxımdan əhəmiyyətlidir:
“Azərbaycanın bu təşkilatda iştirakı ölkəmizin qlobal Cənubda daha da güclənməsinə səbəb olacaq. Həm də Türkiyə ilə birgə olmalıyıq, bir-birimizə dəstək verərək, həmin təşkilatın liderinə çevrilməliyik. D-8-ə üzv olmağımızı uğurlu addım hesab edirəm və Türkiyə ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməyin daha doğru olduğunu düşünürəm. Bu, Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır. Çünki oradakı ölkələrlə iqtisadi münasibətləri artırmaq potensialımız var. Həmçinin Azərbaycana yeni bazarlara rahat çıxış imkanı açır. Yerli məhsullarımız, kənd təsərrüfatı mallarımızın Rusiya ilə kifayətlənməyib, digər ölkələrə də ixrac olunması üçün fürsətlər yaranır”.
Qeyd edək ki, 19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Türkiyənin dəstəyi ilə Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib. Təşkilatda Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistan birləşir.
- Milyarderlər siyahısına Ələkbərov başçılıq edir
- Uşaqlıqda çoban olmuşam, məktəbə gedə bilmədim...
- Fransada siyasi rəqiblərə qarşı repressiya başladı
- Pezeşkianın Azərbaycana səfərinin vaxtı məlum oldu
- Çoban İsfəndiyar, əlaltı alimlər və anormal reaksiya
- Paşinyan ordunu silahlandırır, atəşkəsi pozur – Nə istəyir?
- İrəvandan azərbaycanlılara təbrik mesajı göndərən türkiyəli bloqerə cinayət işi açıldı
- Türkiyədə səs yazısı: Azərbaycanlıları kənddən çıxarmaq üçün…