Türkiyənin qabaqcıl elektron döyüş sistemləri Əsəd rejiminin Suriyadakı hərbi kommunikasiya infrastrukturunu tamamilə sıradan çıxarıb.
BUTA.TV xəbər verir ki, bu barədə Fransa hərbi kəşfiyyatının yaydığı hesabatda bildirilib.
“Bu əməliyyatlar həmçinin Suriya rejiminin sıx şəkildə istifadə etdiyi Rusiyanın “Arakis” və “Azart” radio sistemlərini zərərsizləşdirərək Türkiyəyə döyüş meydanında strateji üstünlük və regional güc dinamikasını dəyişdirmə potensialı qazandırıb”, - məlumatda qeyd edilib.
Hesabata görə, bu uğurun açarı ASELSAN tərəfindən hazırlanmış sistemlərdir. Bu sistemlər Türkiyəyə elektron müharibə əməliyyatlarında əhəmiyyətli üstünlüklər verir.
Hesabatda vurğulanıb ki, Türkiyə Ukraynada ələ keçirilən Rusiya sistemlərinin təhlili vasitəsilə elektron müharibə imkanlarını genişləndirib. Bu inkişaflar Türkiyəyə öz elektron müharibə texnologiyalarını daha da inkişaf etdirməyə şərait yaradıb.
Bundan əlavə, hesabatda Türkiyənin regional hərbi tarazlığı yenidən formalaşdırmaq potensialı ilə elektron müharibədə artan liderliyi vurğulanır. Türkiyənin müdafiə texnologiyasındakı yenilikçi addımları təkcə Suriyaya təsir etmir, həm də daha geniş bölgəyə strateji təsir göstərmək gücündədir.
- Əli Kərimlidən yeni xəbər
- Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!
- Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı
- Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir
- Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin...
- Ordumuzun məhv etdiyi erməni hərbçilərin ailələrindən tələb
- Ölkədə bu qurumlar birləşdirildi
- Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu