İranın vitse-prezidenti Məhəmməd Cavad Zərifin Yaxın Şərqdə “sabitliyin yaradılması və ölkələr arasında əməkdaşlığın gücləndirilməsi” üçün Müsəlman Qərbi Asiya Dialoq Assosiasiyası adlı yeni təşkilatın yaradılması ideyası İsrailin gələcək planları ilə bağlıdır. İranın mühafizəkar dairələri 3 müttəfiqini – HƏMAS, Hizbullah və Əsəd rejimini itirdikdən sonra növbəti hədəfin onlar olacağını proqnozlaşdırırlar.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
“Tehranda və Qumda qərar verənlər bu baş verməsin deyə Yaxın Şərqdəki bütün müsəlman ölkələri - Bəhreyn, Misir, İraq, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistan, Suriya, Türkiyə, BƏƏ və Yəməni birləşdirmək istəyirlər. Nə qədər ki, HƏMAS, Hizbullah və Əsəd var idi, müsəlman ölkələrin birliyi Tehranın ağlına gəlmirdi; elə ki, müttəfiqlər zəiflədildi və İsrailin Baş naziri Benyamin Netahyahu “növbəti hədəfimiz İrandır” söylədi, vəziyyət qəlizləşdi.
İslam Əməkdaşlıq Təşkilatı varkən, müsəlman ölkələrin yeni birliyinə nə ehtiyac var? Tehran yeni birlik formatı ilə bölgədə antiisrail bloku formalaşdırmaq istəyir ki, təhlükə İrana çatdıqda “birlik” üzvləri ona kömək etsin. Ancaq Cavad Zərifin birlikdə görmək istədiyi ölkələrin maraqları İranın maraqları ilə üst-üstə düşmür, bəzilərinin İsraillə dialoqu da var və bu səbəbdən onların yeni formata ehtiyacları yoxdur”, - politoloq vurğulayıb.
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!