Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev bugünkü telefon danışığı zamanı Suriyanın sosial və iqtisadi inkişafı ilə bağlı birgə səylərin göstərilməsini razılaşdırıblar. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov isə eyni gündə Türkiyə Xarici İşlər Nazirliyinin Suriya üzrə İdarə rəisi Mustafa Yurdakulu ilə görüşüb. Görüşdə Suriyaya humanitar yardımla bağlı Azərbaycan və Türkiyə arasında birgə fəaliyyət imkanları müzakirə edilib.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
“Beləliklə, Azərbaycan Suriyanın yenidən qurulmasında iştirak edəcək. Sadəcə göstəriləcək yardımın miqyası və istiqamətləri müəyyənləşməlidir. Suriya infrastrukturunun yenidən qurulmasında Türkiyə başlıca rol oynayacağından Azərbaycan strateji müttəfiqiylə birgə hərəkət etmək istəyir. Suriyanın hər sahədə dəstəyə ehtiyacı var.
Bu arada, Azərbaycanın Suriyada səfirliyinin fəaliyyətə başlaması da aktuallaşıb. Hər halda səfirliyin Dəməşqdəki köhnə binasına geri dönmək imkanları nəzərdən keçirilir”, - politoloq vurğulayıb.
- Diqqət: Daşınmaz əmlak bahalaşır...
- Səbinə Salmanovaya ağır itki
- Mərakeş darmadağınla 1/4 finala çıxdı - Yenilənib
- Arzum ilk dəfə danışdı: Hələ də şokdayam...
- Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
- Övladları ilə birgə batan polis şəhid övladı imiş - Foto
- Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı
- Ağdamda faciəvi şəkildə həlak olan ailənin - Fotosu