Türkiyənin Suriyada daimi hərbi baza açması müzakirə edilə biləcək bir məsələ olsa da, hazırda bu mövzu üçün tezdir. Suriyada siyasi sabitlik təmin olunduqdan, təhlükəsizlik tam şəkildə bərpa edildikdən sonra daimi baza məsələsi gündəmə gələ bilər.
Bu sözləri BUTA.TV-a türkiyəli hərbi ekspert Ünal Atabəy deyib.
Onun sözlərinə görə, Türkiyənin Suriyada daimi hərbi bazaları yoxdur:
“Hazırda Türkiyə İdlib bölgəsində və sərhəd ərazilərində müvəqqəti hərbi bazalara malikdir. Ancaq yeni və daimi bazaların yaradılması üçün qarşılıqlı etimad və Suriya rəhbərliyi ilə razılıq tələb olunur. Keçid mərhələsində sabitliyin təmin olunmasına töhfə vermək məqsədilə tərəflərin razılığı ilə müvəqqəti bazaların genişləndirilməsi mümkün ola bilər”.
Ekspert Türkiyənin Suriyada döyüş təyyarələrinin yerləşdiriləcəyi hava bazası ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:
“Hərbi hava bazası məsələsinə gəldikdə, Türkiyənin Suriyada döyüş təyyarələrinin yerləşdiriləcəyi xüsusi bir baza yaratmağa ehtiyacı yoxdur. Bunun əvəzində, Suriyanın yenidən qurulması və humanitar yardımların sürətləndirilməsi məqsədilə helikopter bazasının yaradılması daha məqsədəuyğun ola bilər”.
- Aşıq Namiq: Erməni mahnısı oxumusan, toyda bığını qırxıblar
- Elçin Quliyev müdafiə naziri təyin olunacaq? - DİQQƏTÇƏKƏN RUSİYA DETALI
- Abonentlərin nəzərinə: Bəzi ərazilərdə qaz kəsiləcək!
- Bu telekanalın yayımı 24 saatlıq dayandırılır
- "Sea Breeze"də 500 min kvadrmetr yer alan biznesmen kimdir?
- Hərbi Hava Qüvvələrində yoxlamalar keçirildi
- Abşeronda qanunsuz tikinti işlərinin qarşısı alındı - Foto
- Xocavənddə torpaq əldə etmək istəyən sakinlərin nəzərinə...