Təyyarədə vətəndaşları olan ölkələrin rəsmi qurumları müraciət edəcəyi təqdirdə, onların qara qutunun oxunması prosesində iştirakına etiraz etməyəcəyik.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bunu Qazaxıstanın baş nazirinin müavini, qəzanı araşdıran komissiyanın rəhbəri Kanat Bozumbayev bu gün keçirilən mətbuat konfransında bildirib.
O hadisə ilə bağlı cinayət işini araşdıran istintaq qrupunun ərazinin müayinəsini, nümunələrin götürülməsini davam etdirdiyini də açıqlayıb:
“Onu da qeyd edim ki, hadisə ilə əlaqədar “hava nəqliyyatı vasitəsinin istismar qaydalarının pozulması (ağır nəticələrə səbəb olduqda), eləcə də “Uçuşların təhlükəsizliyi qaydalarının pozulması” maddələri ilə cinayət işi qaldırılıb. Hadisə tam və hərtərəfli qaydada araşdırılacaq. Eyni zamanda təyyarənin sərnişinləri arasında vətəndaşları olan ölkələrin rəsmi qurumları müraciət edərsə, onlar da qara qutunun oxunmasında iştirak edə bilərlər. Biz buna etiraz etməyəcəyik”.
- "Mersedes" beton maneəyə çırpıldı: 2 ölü, 1 yaralı
- Ağsu RQİİ-nin əməkdaşları təltif edildi
- Bakıda əməliyyat: saxlanılanlar var
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Bakıda baş verən partlayışın – Anbaan videosu
- Ata və iki azyaşlı övladı su anbarında batdı
- Laçına dolu düşdü
- Yasamaldakı partlayışın kamera - Görüntüləri