Nə qədər ki, Rusiya-Ukrayna müharibəsi davam edir, Rusiyanın hava məkanı mülki təyyarələrin uçuşları üçün təhlükəsiz deyil. Müharibə başladıqdan dərhal sonra Ukrayna hava məkanını mülki təyyarələrin uçuşu üçün qapadıb, Kiyevdəki “Borispol” hava limanı çalışmır. Doğru qərardır. Çünki havada raketlər və dronlar uçuşur, mülki təyyarələrə dəyə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Rusiya Ukraynadan fərqli olaraq hava məkanını qapatmayıb:
“Halbuki Rusiya şəhərlərinə də raket və dron zərbələri endirilir. AZAL təyyarələri Moskva və Sankt-Peterburqla yanaşı, Rusiyanın digər şəhərlərinə də gündəlik uçuşlar həyata keçirirlər. Misal üçün Bakıdan Kazana təyyarələr uçur, halbuki Ukrayna Tatarıstan paytaxtına da raket və dron zərbələri endirir. Ukrayna Çeçenistana da hücumlar edir. Elə Xəzərin hava sahəsi də təhlükəsiz deyil. Burada Rusiya hərbi donanması ara-sıra Ukraynaya raketlər atır, Ukrayna isə Rusiyanın Xəzərdəki hərbi mövqelərini hədəf alır.
Fikrimcə, təhlükəli hallarda Rusiya şəhərlərinə uçuşların təxirə salınmasına ehtiyac yarana bilər”.
- "Mersedes" beton maneəyə çırpıldı: 2 ölü, 1 yaralı
- Ağsu RQİİ-nin əməkdaşları təltif edildi
- Bakıda əməliyyat: saxlanılanlar var
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Bakıda baş verən partlayışın – Anbaan videosu
- Ata və iki azyaşlı övladı su anbarında batdı
- Laçına dolu düşdü
- Yasamaldakı partlayışın kamera - Görüntüləri