Bildiyiniz kimi, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub. Onlardan 38 nəfər həlak olub.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib.
"Həlak olanlardan 26 nəfəri Azərbaycan vətəndaşıdır. Son məlumata görə, 16 nəfər Azərbaycan vətəndaşı sağ qalıb. 16 nəfərdən 10-12 nəfərin vəziyyəti yaxşıdır, digərləri də ağır-stabil olaraq qalır. Çalışırıq ki, yaralıları Azərbaycana göndərək", - konsul qeyd edib.
Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb. Qəzanın səbəbləri araşdırılır.
- Məşhur polkovnik işdən çıxarıldı, yerinə o gətirildi
- Fevralda yaz havası neçə gün davam edəcək?
- Ata Abdullayev azadlığa çıxdı
- “RobotChallenge 2026”: Seçim mərhələsinin hazırlıq işləri davam edir
- Prezident tapşırığı: Tədris proqramında dəyişiklik olacaq?
- “Şərq-Qərb” fəaliyyətini dayandırır? - Açıqlama
- Musa Şəkiliyevin həbs müddəti uzadıldı
- Kəlbəcərdə itkin düşən şəxsin 33 il sonra nəşi tapıldı - Foto