“Rəsmi Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və hərtərəfli araşdırma aparmasını, nəticədə bütün təqsirkarların məsuliyyətə cəlb ediləcəyini gözləyir”.
“BUTA.TV” xəbər verir ki, bu barədə “Caliber.Az” Azərbaycan hakimiyyət orqanlarından əldə etdiyi məlumata əsasən məlumat yayıb.
Bildirilib ki, araşdırmanın ilkin nəticələrinə görə, AZAL-ın sərnişin təyyarəsi Rusiyanın “PANTSIR-S” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub:
“Bütün şahid ifadələri, o cümlədən gəmidə eşidilən partlayışlarla bağlı məlumatlar qəzanın hava hücumundan müdafiə sisteminin işi olduğuna işarə edir. Araşdırmada iştirak edən Azərbaycan tərəfi üçün vəziyyət gözönündədir. Heç kim bunun qəsdən edildiyini iddia etmir. Lakin müəyyən edilmiş faktları nəzərə alaraq, Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və hərtərəfli araşdırma aparmasını, nəticədə bütün təqsirkarların məsuliyyətə cəlb ediləcəyini gözləyir” , - məlumatda deyilir.
Əlavə olaraq qeyd olunub ki, hadisənin baş verdiyi saatlarda Qroznı səmasında dron hücumları gözlənilirdisə, Rusiya tərəfi mülki təyyarələr üçün hava məkanını bağlamalı idi.
- Yük aparan maşında 53 kq narkotik tapıldı
- Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
- Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
- "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxıldı
- Sabah hava necə olacaq?
- Qanunsuz çıxarılan 57 nəfər əvvəlki işlərinə bərpa etdirildi
- "AzerGold"un KSM Komitəsi Daşkəsən sakinləri ilə görüş keçirdi
- "Azercell" media nümayəndələrini təbrik edir