Təyyarə qəzasından sağ çıxan azərbaycanlı Ayhan Bayramzadə qəza anı yaşadıqlarından danışıb.
BUTA.TV-ın məlumatına görə, o bildirib ki, təyyarə 3-cü dəfə Aktauya eniş edən zaman artıq sərnişinlər təhlükədə olduqlarını hiss ediblər:
"İşləmək üçün Qroznıya əmimin yanına gedirdim. İlk dəfə idi ki, təyyarədə səfər edirdim. Belə tam xatırlaya bilmirəm. Əvvəla bizə dedilər ki, Qroznıya enirik. Pilot birinci dəfə enməyə çalışdı amma alınmadı. Səmaya qalxdı. Eyni şeyi ikinci dəfə təkrar etdi. Bun dəfə də alınmadı. Artıq üçüncü enişdə biz təhlükəni hiss etdik. Ondan sonra təyyarə 1-2 saat ətrafında Qroznı ətrafında fırlandı. Sonra Aktauda qəza enişi etdik. Artıq hər şeydən əlimizi üzdük".
- Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı - Video
- Sabah dənizə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda zəlzələ oldu
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Foto
- Bazar günü hava necə olacaq?
- Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydı
- Bu sahələrdə 20% azalma var - Səbəb
- Müayinə üçün xəstəxanaya gedən qadın öldü