Adı hazırkı FTX-nin sələfi olan təşkilatlara birbaşa aid edilən "VÇK-OQPU" (Ümumrusiya Fövqəladə Komissiyası-Birləşmiş Dövlət Siyasi İdarəsi) Teleqram kanalı AZAL-ın təyyarə qəzasının yeni təfərrüatlar əldə edib.
BUTA.TV xəbər verir ki, bu barədə "Kalibr.az" məlumat yayıb.
Qeyd olunur ki, faciə zamanı təyyarəni idarə edən dispetçer “Terek” (indiki “Axmat”) futbol klubunun keçmiş futbolçusu Əli İdrisov olub. O, dünən axşam dindirilib.
İdrisov iddia edir ki, o, təyyarə enişi zamanı hava hücumundan müdafiə sisteminin işindən xəbəri olmayıb və "Xalça planı" barədə fövqəladə vəziyyətdən 5 dəqiqə sonra məlumat alıb. Dünən, axşam saatlarında Rusiya İstintaq Komitəsinin müstəntiqləri Qroznıda Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyasının yerli bölməsinin əməkdaşlarını dindiriblər.
Qroznı səmasında baş vermiş hava insidentinə dair ifadəni (hələ şahid statusundadır) Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin uğursuz enişini koordinasiya edən dispetçer Əli İdrisov verib. Daha bir maraqlı fakt odur ki, Əli İdrisov dispetçer olmamışdan əvvəl peşəkar futbolçu olub və “Terek Qroznı”da (indiki “Axmat”) çıxış edib. Sonra o, idman ayaqqabısını bir kənara qoyaraq, 2016-cı ildə Regionlararası İnşaatçılar Birliyində hüquqşünas kimi işə düzəlib. Daha sonra, bir neçə il əvvəl 33 yaşlı Əli İdrisov dispetçer olub.
İddialara görə, o, son ana qədər qəzanı quş dəstəsi ilə toqquşma kimi qiymətləndirib. Əli İdrisovun sözlərinə görə, o, "Xalça planı"ndan 22-ci dəqiqədə (08:21 radələrində), yəni təyyarə ekipajının səhvən quş dəstəsi ilə toqquşmaya görə zərbə barədə məlumat verdikdən beş dəqiqə sonra öyrənib
- Deputatdan pensiyalarla bağı mühüm izah
- Şıxlinski Azərbaycandakı məhbuslarla mübadilə ediləcək?
- Bakıda 90 yaşlı kişi turnikdən yıxılıb, öldü
- Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır
- Bakıda güclü partlayış: 16 yaşlı yeniyetmə öldü
- 16 yaşlı yeniyetmə öldü, yaralılar var - Yasamalda partlayış
- Sumqayıtda 20 yaşlı qadın çimərlikdə boğuldu
- İlham Əliyevdən Trampa məktub