Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən gün yerli mediaya müsahibəsində 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarənin Qroznı səmasında Rusiya HHM sistemlərinin hücumuna məruz qalması və ciddi zədələnməsi, daha sonra isə yaxın hava limanlarına enişinə izn verilmədiyindən Qazaxıstana istiqamətlənməsi və Aktauda qəzaya uğraması barədə ətraflı çıxış edib.
BUTA.TV xəbər verir ki, Prezident Əliyev müsahibəsində həmçinin Qazaxıstanın xilasedici və tibb işçilərinin ilk andan bəzi məqamlarda öz həyatlarını təhlükəyə ataraq yardıma qaçmasına, konsulluğumuzun önünə gül dəstələri düzməsinə və qəzaya görə dərdimizi bölüşdüklərinə görə xüsusi təşəkkür edir. Prezident Əliyev Tokayevə də minnətdarlıq üçün zəng etdiyini xatırladıb.
Qazaxıstan mediası Prezident Əliyevin çıxışının bu hissəsini orijinaldan, amma subtitrlə təqdim edib.
- Deputatdan pensiyalarla bağı mühüm izah
- Şıxlinski Azərbaycandakı məhbuslarla mübadilə ediləcək?
- Bakıda 90 yaşlı kişi turnikdən yıxılıb, öldü
- Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır
- Bakıda güclü partlayış: 16 yaşlı yeniyetmə öldü
- 16 yaşlı yeniyetmə öldü, yaralılar var - Yasamalda partlayış
- Sumqayıtda 20 yaşlı qadın çimərlikdə boğuldu
- İlham Əliyevdən Trampa məktub