Əliyevin çıxışı Rusiyanın hökmranlığını sındırdı - VSJ

15:56 - 30 Dekabr 2024 - GÜNDƏM

 Əliyevin çıxışı Rusiyanın hökmranlığını sındırdı - VSJ

Azərbaycan prezidentinin Rusiyadan son tələbləri Moskvanın keçmiş sovet ərazilərində təsirinin nə qədər zəiflədiyini göstərir.

BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu məlumatı "Voll Strit Jurnal" yayıb.

“Azərbaycan prezidenti Rusiyanı aviaqəzadakı rolunu gizlətmək cəhdində ittiham etdi və sərt ritorika ilə çıxış etdi. Bu, Moskvaya uzun illər keçmiş sovet respublikaları üzərində hökmranlığa imkan verən hakimiyyət dinamikasında qırılmaya şahidlik edir”, - deyə qəzet bildirib.

Qəzet yazır ki, Moskvanın bu cür məzəmmət edilməsi Rusiya ilə keçmiş sovet respublikalarının liderləri arasında böyük konfrontasiyanı göstərir. Məqalədə həmçinin Moskvanın bir zamanlar bu respublikalarla özünün strateji arxa bağçası kimi münasibət qurduğu vurğulanıb və Moskvanın Ukrayna müharibəsindən sonra bu ölkələr üzərində təsirinin azaldığını yazıb:

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda qaz və işıq bahalaşdı - Rəsmi

“Əliyevin bazar günü verdiyi açıqlamalarda Azərbaycanla Rusiya münasibətlərində əvvəllər müəyyən edilən o ehtiram yox idi. O dedi ki, qəzaya səbəb Rusiyanın elektron müdaxiləsi, eləcə də yerdən açılan atəş olub və Rusiya hökumətinin günahı quş sürüsünün, partlayan qaz balonunun üzərinə atması izahatı cəfəng və nadürüst olub.

Qərb liderlərinin Moskva ilə münasibətlərdə çoxdan tutduğu qarşıdurma mövqeyi fonunda Rusiyanın yaxınlığında yerləşən və ona münasibətdə daha həssas olan ölkələr Kremlə praqmatik yanaşmanı qoruyub saxlayırlar. Bununla da onlar digər regional və qlobal güclərlə münasibətləri Moskvanı qəzəbləndirmədən qurmağa çalışırlar. Azərbaycan təyyarəsinin vurulmasından sonrakı qıcıq da göstərir ki, Rusiyanın keçmiş imperiya əraziləri və ondan kənarda təsiri 2022-ci ilin fevralından sonra azalıb”.

Qəzet yazır ki, Rusiya uzun illər MDB-də təsir imkanına sahib olub və bunu tarixi əlaqələri, Moskvanın ikinci ən böyük silah ixracatçısı olması, ümumi enerji və nəqliyyat infrastrukturu sayəsində təmin edib:

“Moskva hətta SSRİ-nin küllərindən iqtisadi tərəfdaşlıq və müdafiə ittifaqı qurmağa da cəhd edib. Görünür, Moskva hərbi və iqtisadi təsirinin zəifləməsi, nəzarət rıçaqlarını itirməsi ilə toqquşur”.

Rusiyalı politoloq Andrey Kolesnikov qəzetə Moskvanın zəifləyən təsiri ilə bağlı da açıqlama verib:

“Putin özünün yumşaq gücünün qalan hissəsini də itirir. O bunu bir zamanlar MDB-dəki tərəfdaşlarına qarşı istifadə edə bilirdi. Bütün bunlar xüsusi əməliyyata görə (Ukrayna müharibəsi – red.) baş verir. Dostluq və şəxsi münasibətlər hər zaman konflikt dövründə yoxa çıxır”.

“WSJ” həmçinin qeyd edir ki, Rusiya artıq uzun illər keçmiş sovet respublikalarından bir-birinə qarşı istifadə edərək, öz təsirini bir neçə ölkədə saxlamağa cəhd edib:

“Bu strategiya keçən il Azərbaycanın Dağlıq Qarabağda əməliyyat keçirməsindən sonra tam uğursuzluğa düçar oldu. Rusiya sülhməramlıları isə bunun qarşısını ala bilmədi. Moskvanın fəaliyyətsizliyi əsasən məhdud imkanları ilə izah olunur. Kreml daha qərbyönlü mövqe tutan Ermənistanı da buna görə cəzalandıra bilmir. Ermənistanla münasibətlər pozulub, Azərbaycanla gələcək münasibətlər sual altındadır. Beləliklə, Moskva özünün Cənubi Qafqazdakı təsirini təhdid altına salıb. Gürcüstanda isə insanlar Tiflis küçələrində Rusiyanın artan təsirinə etiraz edirlər. Həmçinin Türkiyənin regionda artan təsiri də status-kvonu pozur. Xüsusilə bu, Azərbaycana aiddir hansı ki, iki ölkəni dil, etnik və tarixi bağlar bağlayır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol