Yutuber Albert İsakov Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü ildə Qarabağda qətliamlar törədən və mülki azərbaycanlılara qarşı aqressivliyi ilə fərqlənən “Yerkrapa” terrorçu qruplaşması qarşısında etdiyi çıxışı yayıb.
BUTA.TV xəbər verir ki, Petrosyanın etdiyi çıxışın onu şoka saldığını bildirən İsakov videonun ermənicə mənbəsini də təqdim edib.
Qeyd edək ki, Albert İsakovun atası dağ yəhudisi (azərbaycanlı), anası ermənidir. 1974-cü il təvəllüdlü İsakov Bakıda doğulub və 16 yaşına qədər Azərbaycanda yaşayıb, 1990-cı ildə Ermənistana köçüb və 12 il də orada qalıb: sonra 5 illik İsrail həyatı başlayıb, hazırda Kanadada yaşayır.
İsakovun fikrincə, bu mətn ermənilərin “milli strategiyası və hədəflərini” anlamaq, bu cinayətkar dəstənin hansı “amallar” uğrunda yaşamasını başa düşmək baxımından önəmlidir:
“Petrosyan bu cinayətkar dəstəyə “qardaşlarım” deyə müraciət edir və qətiyyən öz hərəkatının məqsədini gizlətmir. Bu çıxışında o öz faşist mahiyyətini və faşist məqsədlərini ortaya qoyur”.
Petrosyan 1988-ci ildən azərbaycanlılara qarşı silahlı hərəkata başladıqlarını və qətliamlar həyata keçirdiklərini etiraf edir, bildirir ki, 5 il əvvəl (çıxış 1993-cü ildə edilib) biz bu hərəkata başlamasaydıq, ümumiyyətlə Qarabağ məsələsi olmayacaqdı.
Petrosyan deyir ki, biz 3 məsələni həll etdik: 1. 600 ildir erməni xalqının bacarmadığını həyata keçirdik - bütün Ermənistanı və Qarabağı digər millətlərdən tamamilə təmizlədik. Bunun nəticələrini erməni xalqı bundan sonra 600 il hiss edəcəklər.
Petrosyan 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladaraq bildirir ki, təsəvvür edin, indi onlar Ermənistandadır:
“Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik – milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax, o cümlədən daha bir çox torpaqlar ermənilərin əlindədir”.
İsakov bildirir ki, Petrosyan faktiki olaraq azərbaycanlıların silah gücünə qovulmasını təsdiqləyib:
“Petrosyan bildirir ki, 3 rayonda, o cümlədən Zəngəzurda azərbaycanlıların çoxluq təşkil etməsi Ermənistan üçün təhdid idi və etnik təmizləmədə silahlı birliklərin rol oynadığını etiraf edir. Petrosyan “Ermənistan təmizləndi” deyir. Zibildən, çirkdən təmizlənmək ola bilər. Petrosyan isə burada canlı insanları, öz yurdunda kompakt yaşayan azərbaycanlıları nəzərdə tutur. Bu, nasizm və gizlədilməyən faşizmdir.
Bu gün həmin bu xalq hansısa “etnik təmizləmədən” danışır”.
Petrosyan davam edir və ikinci uğur kimi Azərbaycandan 500 min erməninin köçürülməsini göstərir. O bildirir ki, əgər onlar Azərbaycanda qalsaydı, Ermənistana təzyiq vasitəsinə çevriləcəkdilər. Onun fikrincə, 300 min erməni Ermənistana gəldi ki, bu da demoqrafik problemi həll etdi.
Petrosyan 3-cü uğur kimi siyasi və hərbi fəaliyyəti birləşdirdiklərini, hərbi baxımdan ideal iş gördüklərini vurğulayır.
- Petrosyanın sensasion etirafı Bakıya əlavə şans verdi!
- Türkiyə bizə deyir ki, növbə sizindir, gəlirik - Xaçikyan
- İdmançıların hücum etdiyi şəxs DSX mayorudur
- Təyyarə qəzası: Nəticələr bu tarixdə elan ediləcək
- Qarabağ xanlığının şərq qapısından – Fotolar
- AZAL-ın təyyarəsinin yeni görüntüləri: daha bir yalan... - Foto
- Petrosyanın bu çıxışı ilə bağlı bəyanat yayıldı
- Rusiyada 2025-də nələr olacaq? – Real ssenari