Çox istərdim ki, yeni ildə dövlət hakimiyyətinin həyata keçirilməsində hakimiyyət bölgüsünə (hakimiyyətin qanadlarının qarşılıqlı olaraq bir-birinə nəzarətini təmin edən və dövlət hakimiyyətinin həyata keçirilməsində qanunverici, icra və məhkəmə hakimiyyətləri arasında balans yaradan) real məzmun verən yeni konstitusiya qəbul olunsun.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.
O, insanların yüksək həyat səviyyəsini, təhlükəsizliyini təmin edəcək ciddi islahatların keçirilməsinin zəruri olduğunu bildirib:
“Azad bazar prinsiplərinə əsaslanan güclü iqtisadiyyat, sosial ədaləti təmin edən hüquq dövləti quraq, dünyaya açılaq”.
Ermənistanla sülh sazişi məsələsindən danışan Q.Həsənquliyev qeyd edib ki, İrəvan Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməlidir:
“Bu, xalqımız üçün həyati və strateji əhəmiyyət kəsb edən məsələdir. Azərbaycan sülh danışıqlarında bu məsələni əsas şərt kimi irəli sürməlidir”.
Millət vəkilinin sözlərinə görə, Ermənistan və tərəfdaşları hesab etsələr ki, artıq onlar üçün gözlədikləri əlverişli beynəlxalq şərait yaranıb, dərhal ölkəmizə hücum edəcəklər:
“Ona görə büdcədə hərbi xərclərin artırılmasını dəstəklədim. Ermənilər qələbə eyforiyasına düşdüyümüzü və bunun nəticəsi olaraq bizim üçün ağır nəticələrə səbəb olacaq yanlış qərarlar qəbul edəcəyimizi proqnozlaşdırırlar. Onların ekspertlərinin bizim ölkəmizdə yaşananları necə şərh etdiklərini dinləyib, təhlil etsəniz buna əmin olarsınız”.
Deputat bildirib ki, Ermənistan Ukraynadakı müharibənin sonunu gözləyir:
“Özlərini sülh istəyən tərəf kimi göstərməklə revanşist müharibəyə başlayacaqları zaman bizi təcavüzkar tərəf kimi ittiham etməyə çalışacaqlar”.
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür