Zaqatalada su hovuzunu təmir edən 32 yaşlı kişi ağır yanıq xəsarəti alıb.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib.
32 yaşlı Taleh İdrisov yaşadığı ünvanda su hovuzunda təmir işləri aparan zaman təbii qazdan istifadə edib. Təbii qazla ehtiyatsız davranan Taleh İdrisov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, lazımi tibbi yardım göstərilib, ona gövdənin 3-ü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub.
Taleh İdrisovun vəziyyəti nəzərə alınaraq müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birini göndərilib.
Faktla bağlı araşdırma aparılır.
- Vilayət Eyvazov bu məzunlara diplomlar verdi - Video
- Onunla şəkil çəkdirmək istəyən Meloninin ünvanına sərt sözlər dedi
- Zaqatalada hovuzu təmir edən kişi yandı
- Vilayət Eyvazov DİN-in Hərbi İnstitutunda buraxılışa qatıldı - Fotolar
- "Qarabağ"da daha bir ayrılıq - SON DƏQİQƏ
- 16 yaşlı qız evdə qəbul etdiyi dərmandan öldü
- Qasım Süleymaninin öldürülməsi... - Tramp
- Erməni evlərində Azərbaycan qazı – HAZIRLIQ