Yeni Ermənistan tarixində, Ermənistan dövlətə çevrildikdən sonra bu ölkənin bircə lideri də insanpərvər kimi tanınmayıb və Azərbaycan xalqına qarşı nifrət ifadə etmədən keçinməyib. Ter-Petrosyan da istisna deyil, baxmayaraq ki, onun haqqında çoxları deyirdi ki, bu, ləyaqətli, dürüst bir insandır və Azərbaycanla sülh və dostluq haqqında razılığa gəlməyə hazırdır – bütün bunlar yalandır.
Bu sözləri BUTA.TV-a rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü il tarixində "Yerkrapa" könüllülər birliyinin yığıncağında irqçilik, Azərbaycan xalqına qarşı nifrət və işğal siyasətini nümayiş etdirdiyi video-çıxışını şərh edərkən deyib.
"Əslində, Ter-Petrosyanın "Yerkrapa" özünümüdafiəçiləri qarşısında çıxışını izlədikdə onun sözlərində nasizmin açıq-aşkar olduğunu söyləmək olar. Burada Azərbaycan xalqına qarşı gizli nifrət aşkar görünür. Bir çox siyasətçi bir söz deyir, başqa şey edir. Ermənistan siyasətçiləri də istisna deyil. Ter-Petrosyan Ermənistanın xarici torpaqların ələ keçirilməsi, Azərbaycan xalqına qarşı nifrət hissinin alovlandırılması istiqamətində dövlət siyasətinin təməlini qoymuş bir şəxsdir. Ona görə də mən onu guya “ən yaxşı prezident” saymazdım. Bu videoda dedikləri ən azından millətçi ifadələrdir. Erməni azadlıq hərəkatının məqsədi isə başqalarının torpaqlarını zəbt etmək, həmin ərazilərdə yaşayan xalqları ya məhv etmək, ya da qovmaqdır. Təsadüfi deyil ki, biz erməni separatçıların və millətçilərin “dənizdən dənizə Ermənistan” xəritələrini, hətta Rostov vilayətini belə özlərinə daxil etdiklərini görmüşük. Bunlar hamısı genetik olaraq formalaşıb. Erməni xalqı çalışqan, zəhmətkeşdir, lakin erməni xalqının liderləri bu onilliklər ərzində regiondakı qarşıdurmalar zamanı öz xalqının xoşbəxtliyini istədiklərinə şübhə doğururlar. Əgər xoşbəxtlik istəsəydilər, ilk növbədə qonşuları ilə razılığa gəlməyi və problemləri həll etməyi bacarardılar. Amma nəticədə gənc ermənilərin heç bir şey uğrunda həyatını itirdiyi Qarabağ münaqişəsinə səbəb oldular. Bəzi nasist ideyaları naminə. Gec-tez erməni cəmiyyəti Ter-Petrosyan, Köçəryan və s. kimi liderlərə münasibətini yenidən nəzərdən keçirəcək", - politoloq qeyd edib.
- İran bu saxtakarlığı o qədər səliqəsiz etmişdi ki...
- Rəsmi Bakı girov götürülən gəmi ilə bağlı nota verdi
- Biz Fransanın işlərinə qarışacaq qədər güclənmişiksə...
- İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəldi
- Demarkasiya komissiyalarının görüşü olacaq
- Karasev Bakıya dil uzatdı – Markovdan sərt reaksiya
- Blinkenin xahişi havada qaldı, görüşdən imtina etdik
- O sakinlər üçün müdafiə olunan yer seçilir, çünki eskalasiya olsa...