İran Silahlı Qüvvələrinin Baş Qərargahı mərhum prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı iddialara münasibət bildirib.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Baş Qərargahının Kommunikasiya Mərkəzi bəyanat yayıb.
“Mərhum Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğramasına yalnız mürəkkəb hava şəraiti və regionun coğrafi şəraiti səbəb olub. Heç bir sübut texniki nasazlıq, təxribat, sui-qəsd, partlayış və ya elektron müdaxilə kimi müxtəlif fərziyyələri dəstəkləmir", - bəyanatda deyilir.
Qeyd olunub ki, son dövrlər İran mediasında və sosial şəbəkələrdə İslam Şurasının (Parlament) bəzi üzvləri və digər şəxslər Rəisinin helikopter qəzasını təxribat adlandırıblar.
Xatırladaq ki, ötən ilin mayın 19-da İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin Şərqi Azərbaycan vilayətinin Vərzqan rayonunda qəzaya uğraması nəticəsində 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.
- İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni açıqlama
- Prezidentdən BƏƏ səfəri ilə bağlı paylaşım - Video
- Əliyev və Paşinyanın 5 saatlıq görüşündən çıxan nəticə
- Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki... - Politoloq
- Rusiyanın kamikadze dronu səfirliyimizin yaxınlığına düşdü - Foto
- Qafqazda nə baş verir? - Rus mediası isterikaya düşdü
- Əliyevlə Paşinyan bununla bağlı göstəriş verdilər - Ermənistan XİN
- İrəvan Zəngəzur dəhlizi ilə bağlı buna razıdır - Təcili