MÜSİAD Azərbaycan və Rabitəbank rəhbərliyi birgə əməkdaşlıq çərçivəsində memorandum (MOU) imzalayıb.
BUTA.TV xəbər verir ki, görüşdə MÜSİAD Azərbaycanın sədri Rəşad Cabirli və idarə heyəti, MÜSİAD Azərbaycanın üzvləri, Rabitəbankın rəhbərliyi, o cümlədən, Müşahidə Şurasının sədri Zakir Nuriyev və İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin iştirak edib.
Tədbirin açılışında MÜSİAD Azərbaycanın sədri Rəşad Cabirli, Rabitəbankla olan əməkdaşlığın genişləndirilməsi niyyətini vurğulayaraq, gələcəkdə daha çox əməkdaşlıqlara birgə imza atacaqlarına inandıqlarını qeyd edib.
Rabitəbankın Müşahidə Şurasının sədri Zakir Nuriyev çıxışı zamanı İslam bankçılığı fəaliyyəti və inkişafından danışaraq, xarici investisiyaların cəlb olunması ilə bağlı ölkədə sahibkarlığın inkişafının artırılmasına diqqət çəkib. O, “İslam Bankçılığı üzrə xarici investisiyaların cəlb olunması, sahibkarlığın inkişafının artırılması ehtiyaclarını qarşılamaq çox vacibdir,” - deyə bildirib.
Rabitəbankın İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin çıxışı zamanı , Rabitəbankın 32 ildən çoxdur müştərilərinə geniş çeşiddə maliyyə xidmətləri təqdim etdiyini bildirib. O, qeyd edib ki, bu gün ölkədə ilk dəfə olaraq qlobal miqyasda geniş yayılan İslam Bankçılığının təməlləri qoyulub. Bu prosesdə İslam İnkişaf Bankı (IDB) və Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) kimi qurumlardan lazım olan rəsmi icazələr alınıb. Bank bu maliyyə alətlərini müştərilərinə təqdim etməyə davam edəcək.
Tədbirin əsas məqsədi İslam Bankçılığının Azərbaycanın maliyyə sektorunda tətbiqinin genişləndirilməsi, MÜSİAD Azərbaycanın üzvlərinin maliyyə imkanlarını artırmaq və İslam maliyyəsinin ölkədən kənarda daha geniş əhatə olunmasına təkan vermək olub.
İslam Bankçılığının Azərbaycanda inkişafı, sahibkarların yeni maliyyə həllərinə çıxışı, Rabitəbankın hədəfləri və işlərə şəffaf yanaşması geniş işıqlandırılan tədbirin yekununda bütün iştirakçılara təşəkkür edilib.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?