Rusiya Bakıdakı Rus Evinin bağlanması ilə bağlı ikitərəfli münasibətlər səviyyəsində qərar verəcək.
BUTA.TV APA-ya istinadla verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kremlin Bakıya mesajı budur ki, bu addım anlaşılmazlıq hesab edilir.
Dmitri Peskovun açıqlaması zamanı Bakıda Rusiyanın mədəniyyət mərkəzi olan Rus Evinin bağlanmasından təəssüfləndiyini qeyd edib.
“Biz buna təəssüflənirik. Bu məsələnin həllinə ikitərəfli əlaqələrdə yeni mərhələ çərçivəsində nail olmaq olar... Biz bu məsələni müxtəlif səviyyələrdə həmkarlarımız qarşısında qaldıracağıq. Əgər ən yüksək səviyyədə təmaslar olarsa, o zaman iki dövlət başçısının dialoqunda bu məsələ gündəmə gələ bilər. Biz mehriban, ənənəvi münasibətlərimizi rəhbər tutaraq bu problemləri dialoq yolu ilə həll edəcəyik”, - Kremlin Bakıya mesajı olaraq Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Azərbaycan hökuməti, Bakıdakı Rus Evinin (Rossotrudniçestvo) fəaliyyətinə xitam verilməsi ilə bağlı Rusiyaya rəsmi bildiriş göndərib. Bu qərarın əsas səbəbi,Rus Evinin Azərbaycan qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs kimi qeydiyyatdan keçməməsidir. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə, fevralın 3-də Rusiya tərəfinə nota göndərildiyini təsdiqləyib və qeyd edib ki, Rus Evinin qeydiyyatsız fəaliyyəti ölkənin qanunlarının ciddi şəkildə pozulması deməkdir”.
- İlham Əliyev Bakıda bu yeni parkın açılışında iştirak etdi
- Hacıyevin səfərinin ardınca Sübhanini “önə verən” kimdir?
- Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü
- Azərbaycan hərbçilərinin iştirak etdiyi təlim başa çatdı
- Sumqayıtda bu məscidlər sökülüb? - Rəsmi açıqlama
- Bakının Kiyevə humanitar yardımı: Britaniyadan reaksiya...
- Cəlal Arutyunyana hökm oxundu
- Sərhədçilərimiz AB müşahidəçilərini belə izləyir - Video